Halit Ergenç və Rıza Kocaoğlunun hakim qarşısına çıxacağı tarix açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, menecer Ayşe Barımın 'Gezi Parkı' istintaqı çərçivəsində prokurorluğa ifadə verən Halit Ergenç və Rıza Kocaoğlunun yalan ifadə verdiyi iddiası ilə 4 ilə qədər həbs tələbi ilə hakim qarşısına çıxacaqları tarix açıqlanıb.
Ergenç və Kocaoğlunun məhkəməsi mayın 9-da İstanbul 24-cü Ağır Cəza Məhkəməsində başlayacaq.