Baş məşqçidən gözlənilməz açıqlamalar

15 Mart 2025 11:12 (UTC+04:00)

Trendyol Super Liqasının 28-ci həftəsində "Antalyaspor" səfərdə "Qalatasaray"a 4:0 hesabı ilə uduzub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, matçdan sonra təşkil edilən mətbuat konfransında çıxış edən "Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu, "Bizim üçün çox çətin bir matç oldu. Qol buraxdığımız dəqiqəyə qədər üzərində çalışdıqlarımızı həyata keçirməyə çalışdıq.

"Qalatasaray"ın yüksək fərdi keyfiyyəti və qələbə yönümlü təcrübəsi var. Düşünürəm ki, burada onlarla mübarizə aparmaq üçün əlimizdən gələni etdik. Bugünkü matçın 30-cu dəqiqəsinə kimi qol buraxdığımıza qədər yaxşı cavab verdik. Komandamın son 4 matçında hədəfim var idi, 6 xal qazandıq “Onlar komandaya qarşı əllərindən gələni etməyə çalışdılar.- mətubat nümayəndələrinə bildirib.