Qəbələdə beşmərtəbəli yaşayış binasında yanğın olub

15 Mart 2025 09:03 (UTC+04:00)

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb. SİA xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.