ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib

15 Mart 2025 06:14 (UTC+04:00)

ABŞ Senatı ölkəni növbəti şatdaundan xilas edəcək qanun layihəsini təsdiqləyib. SİA-nın məlumatına görə, növbəti və sonuncu mərhələdə qanun layihəsi Prezident Donald Tramp tərəfindən imzalanmalıdır. Layihəyənin lehinə 54, əlehinə 46 səs verilib. Qanun sentyabrın 30-dək hökumətin maliyyələşdirilməsini nəzərdə tutur. Hökümətin maliyyələşməsi üzrə əvvəlki qanunun son icra müddəti martın 14-ü gecə saatlarında bitirdi.