G7 ölkələrindən İrana çağırış

15 Mart 2025 04:59 (UTC+04:00)

"Böyük Yeddilik” (G7) ölkələrinin xarici siyasət qurumlarının rəhbərləri İrandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər. SİA xəbər verir ki, bu barədə onların Kanadanın Kvebek əyalətində keçirilən görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatında bildirilib.

Qeyd edilib ki, İran regionda qeyri-sabitliyin əsas mənbəyidir, ona nüvə silahı hazırlamağa və ya ona malik olmağa imkan verilməməlidir.

Nazirlər Tehranı siyasi kursu dəyişməyə, deeskalasiyaya keçidə və diplomatiyanın xeyrinə seçim etməyə çağırıblar. Onlar həmçinin İranı ədliyyə sahəsində özbaşınalıqda və repressiya aləti kimi əcnəbilərə qarşı sui-qəsdlərin təşkilində ittiham ediblər.