Mbappe Fransa yığmasının səhmlərini aldı

15 Mart 2025 05:21 (UTC+04:00)

"Real”ın hücumçusu Kilian Mbappe Dünya Yelkənli İdman Seriyasında 12 milli komandadan biri olan “Fransa SailGP Team”in səhmdarına çevrilib. SİA xəbər verir ki, bu barədə Athletic məlumat yayıb.

26 yaşlı fransızın sərmayəsinin dəyəri açıqlanmayıb. Lakin onun “Inspired by KM” fondu komandanın rəsmi xeyriyyə tərəfdaşı olacaq.

“Inspired By KM” vasitəsilə mən bütün dünyada gənclərə çatmaq və onlara arzularına inanmaq üçün güc vermək istəyirəm.

Biz hamıya qayğı göstəririk. Proqramımız vasitəsilə biz buna daha çox ehtiyacı olanlara konkret dəstək veririk. Biz birlikdə hər bir gəncin öz hekayəsini yaza və mükəmməlliyə nail ola biləcəyi bir gələcək qururuq”, – deyə Mbappe bildirib.

Qeyd edək ki, bu, futbolçunun ilk sərmayəsi deyil. Mbappe Almanoya elektronika şirkəti “Loewe”, lüks saat platforması “Wristcheck” sərmayə qoyub və Fransa Liqa 2-də mübarizə aparan “Kan” klubunun həmsahibi olub.