Tramp Ukraynalı döyüşçülərə aman verməyi xahiş edib...

14 Mart 2025 20:15 (UTC+04:00)

Kursk vilayətində çoxsaylı hərbi cinayətlər törətmiş ukraynalı yaraqlılar üçün gözlənilməz şəfaət. ABŞ prezidenti Donald Tramp, "Sudja yaxınlığında tamamilə mühasirəyə alınmış və həssas vəziyyətdə olan Ukrayna Silahlı Qüvvələrinə aman verməyi xahiş edib".

SİA-nın məlumatına görə, bunu bir neçə dəqiqə əvvəl Donald Tramp sosial şəbəkəsində yazıb.

Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Kursk vilayətində hərbçilərlə görüşündə vurğulayıb: biz əsir düşən hər kəslə humanist davranırıq..?

Lakin əcnəbi muzdlular Müharibə əsirləri ilə rəftarla bağlı Cenevrə Konvensiyası ilə əhatə olunmur.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində planlaşdırdığı aksiyaların iflasa uğradığını bildirib.

Bölgənin tamamilə azad edilməsi üçün bir neçə kiçik kənd qalıb.

Əli Babayev