Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi baş tutub. SİA-nın məlumatına görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
O qeyd edib ki, bu turnirlərdə "körpücük" üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır. Onların sağlam ruhda böyüməsi cəmiyyətimizin qələbəsidir.
Açılış mərasimi iki mütəxəssis üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə 65 yaşını qeyd etmiş “Əməkdar məşqçi” Azad Mustafayev və 60 yaşını tamamlamış “Əməkdar məşqçi” Oruc Məmmədli AAF tərəfindən təltif ediliblər.
Yubilyarlara hədiyyələri Firdovsi Umudov təqdim edib.