Sağlamlıq arayışının rüsumsuz verilməsi təklif olunub

14 Mart 2025 16:18 (UTC+04:00)

Əmək fəaliyyətinə ilk dəfə başlayanlar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsi təklif olunub. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxış edib.

Deputat həmçinin bildirib ki, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi də həllini tapmalıdır.