Gənclər və idman naziri Fərid Qayıbov Quba və Qusar rayon sakinlərini qəbul edib. Bu barədə SİA-ya Gənclər və İdman nazirliyindən məlumat verilib.
Qəbuldan öncə nazir Fərid Qayıbov Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla birlikdə Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qusar Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.