Cüdoçularımız Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcə

14 Mart 2025 15:43 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti məlum olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat verib.

Azərbaycan yarışda ümumilikdə 8 çəki dərəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) mübarizə aparacaq.

Belə ki, yarışda ölkəmizi kişilər arasında Hüseyn Allahyarov, Murad Muradlı (hər iksi 60 kq), Rəşad Yelkiyev, Nazir Talıbov (hər iksi 66 kq), Rəşad Yelkiyev, Nazir Talıbov (hər iksi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), qadınlarda isə Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər iksi 70 kq) təmsil edəcək.

Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.

Qeyd edək ki, martın 21-23 tarixlərində keçiriləcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.