XII Qlobal Bakı Forumu ilə bağlı XARİCİ QONAQLAR NƏ DÜŞÜNÜR? - SORĞU

14 Mart 2025 15:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Forumda bir sıra dünya ölkələrinin sabiq prezidentləri, ictimai xadimləri, diplomatları və s. iştirak edir.

Mövzu ilə əlaqədar olaraq SİA forumda iştirak edən xarici nümayəndələrin fikirlərini öyrənib:

Abdul Rauf Al Rawabdeh: "Mən bura İordaniyadan qatılmışam. Burada qonaq kimi iştirak edirəm. Çox şadam ki, Bakıya təşrif buyurmuşam. Hər il bu forumda iştirak edirəm. Azərbaycan çox möhtəşəm ölkədir. Bakı möhtəşəm şəhərdir. Sabiq prezidentlər burada iştirak edir. Bütün bunlar Azərbaycandakı inkişafdan xəbər verir. Forum olduqca əhəmiyyətlidir. Bütün qonaqlar buradan məmnun ayrılacaq".

Assen Plevneliv: "Mən son 4 ildir ki, bu tipli forumlarda iştirak edirəm. Bura həm dünya liderləri, ictimai xadimlər və beynəlxalq şirkətlərin nümayəndələri üçün olduqca vacibdir. Hazırda Ukraynada bitmək bilməyən müharibə gedir. Həmçinin Şərqdəki münaqişələr də davam edir. O səbəbdən belə problemlərin aradan qaldırılması üçün belə tədbirlər önəm daşıyır. Bu tipli forumlarda sülhün bərqərar olması siyasi cəhətdən çətindir".

Jafer Hasnain: "Düşünürəm ki, yeni dünya intizamı haqqında danışmaq üçün biz vacib bir yerdəyik. Çünki bildiyiniz kimi, dünya çox sürətlə dəyişir – bunun bir çox səbəbi var və biz dünyada belə görüş nöqtəsinə ehtiyac duyuruq.

Burada çox önəmli insanları görmək mümkündür – elə insanlar ki, onlar çox yaxın keçmişdə prezident olublar. Dünyada baş verənləri anlamaq üçün bütün insanlarla danışmaq lazımdır və bu, bizim kimi diplomatlar üçün çox önəmlidir. Çünki biz məhz indi dünyanın vəziyyətini anlamağa ehtiyac duyuruq və elə bu məqamda Azərbaycan çox önəmli bir ölkədir.

Siz neçə dəfə Qlobal Bakı Forumunda olmusunuz?

Xeyr, Qlobal Bakı Forumunda bu mənim ilk iştirakımdır. Mən Kolumbiyadan diplomatik nümayəndəyəm və burada cəmi bir ildir ki, işləyirəm. Bu forum mənim üçün yenidir və mən burada olmaqdan böyük zövq alıram".

Andres Felipe Giraldo Lopez: "Builki bakı forum digərlərindən fərqlidir. Digər forumlarda məsələlər təsvir olunurdu. Amma bu dəfə problemlərin həll olunması ilə bağlı qərarlar verilir. Bu daha önəmlidir. 4 ildir bu platformada çıxış edirəm. Bakı forumu təşkilatçılıq baxımından çox fərqlidir. Bu forumda artıq siyasi müəyyənlik və dəqiqlik var idi. Digər forumlarda da bunu görmək istəyərəm. Forumların olması çox önəmlidir. Burada çox önəmlıi şəxsiyyətlər var. Biz bilməliyik dünyada nələr baş verir. Bunlardan xəbərdar olmaq çox vacibdir. İlk dəfədir ki, burada iştirak edirəm".