Məhəmməd Salah Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilib

14 Mart 2025 15:24 (UTC+04:00)

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. SİA xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada "Liverpul"un futbolçusu Məhəmməd Salah layiq görülüb.

Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada 5 qola imza atıb.