2024-cü ildə minatəmizləmə əməliyyatlarının 22381,8 hektarı kənd təsərrüfatı, 592,5 hektarı nəqliyyat, 18232 hektarı yaşayış infrastrukturu, 2327,5 hektarı energetika, 18490,1 hektarı isə digər layihələr üzrə əraziləri əhatə edib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, minatəmizləmə əməliyyatlarının 9507 hektarı Ağdam, 11173 hektarı Cəbrayıl, 8881,4 hektarı Füzuli, 5994,4 hektarı Kəlbəcər, 7747,5 hektarı Zəngilan, 5864,7 hektarı Laçın, 2150,3 hektarı Xocavənd, 1039,4 hektarı Tərtər, 1650,1 hektarı Xocalı, 6911,6 hektarı Qubadlı, 261,8 hektarı Şuşa, 842,7 hektarı isə digər rayonların ərazisində icra edilib.
Sənəddə qeyd edilib ki, ötən il Ağstafa, Bərdə, Goranboy, Göygöl, Naftalan, Qazax, Samux, Şəmkir, Tovuz, Yevlax, Gəncə, Ağcabədi, Ağdaş, Gədəbəy, Qəbələ, Zərdab ərazilərində 5,9 min ədəd mina və digər hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hesabat dövründə mina partlayışı səbəbindən 5 nəfər mülki şəxs həlak olub, 31 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Bundan başqa 5 nəfər hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.