Hazırda dəyişən dünyada ənənəvi dəyərlər pozulmaqdadır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi hallarda hətta nizamnamələrə belə sığmayan vəziyyət müşahidə olunur.
Nazir müavini həmçinin bildirib ki, müstəqil qərar qəbul etmək iqtidarında olmaq və milli maraqları əsas götürmək mütləqdir:
"İqtisadi müstəqillik də qərar qəbul etməkdə mühüm rol oynayır. Çünki iqtisadiyyatın güclü olmadan qərar verməkdə müstəqil davranmaq çətindir”.