4,2 min təhsil müəssisəsi internet bağlantısı ilə təmin olunub

14 Mart 2025 12:51 (UTC+04:00)

2024-cü ildə ölkə üzrə 4,2 min təhsil müəssisəsi internet bağlantısı ilə təmin olunub. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, bunların 1,8 mini fiber-optik, 1,7 mini simsiz və 777-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.

Hesabata əsasən, dövlət investisiya xərcləri hesabına məktəblərin fiber-optik şəbəkəyə qoşulması intensivləşib.

Bildirilib ki, 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil etdiyi halda, hazırda bu göstərici 1,8 min olub.

Bundan başqa 2024-cü ildə təhsil müəssisələrinin əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılıb, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin sonuna ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb.

2026-cı ilin sonuna isə bu nisbətin 1:6 olması nəzərdə tutulur.