"Baş ağrıları əsasən iki böyük qrupa bölünür" - HƏKİM AÇIQLADI

14 Mart 2025 12:42 (UTC+04:00)

"Baş ağrıları ən çox rast gəlinən şikayətlərdəndir. Baş ağrıları əsasən iki böyük qrupa bölünür: Birincili və ikincili baş ağrıları. Birincili baş ağrıların əsas əlaməti elə baş ağrısı olur. İkicili baş ağrıları isə hər hansı başqa bir xəstəliyin nəticəsində yaranır. Misal üçün baş-beyininin iltihabı xəstəlikləri, şiş xəstəlikləri, oftolomoloji göz xəstəlikləri, qulaq xəstəlikləri, diş xəstəlikləri və başqa xəstəliklərdən yarana bilər". Bu sözləri SİA-ya açıqlamasında nevropatoloq Babək Aslanov deyib.

Onun sözlərinə görə, burada əsas xəstəlik başqa bir orqanın və yaxud başın hər hansısa ciddi bir xəstəliyidir. Onun fonunda da əlamətlərdən biri kimi baş ağrı da yaranır. Bunlara ikincili baş ağrıları deyilir: "Təbii ki, ikincili baş ağrıları daha ciddi xəstəliklərdir. Xəstəni müayinə edən zaman mütləq bunlara fikir verilməlidir. İkincili baş ağrıları vaxtında müalicə tələb edən xəstəliklərdir. Bir də birincili baş ağrıları var. Bunlarda heç bir başqa xəstəlik beynin, gözün, dişin, qulağın kəllə-beyin sümüklərinin ümumi sistem orqanizmdə yoxdur. Ancaq ki, bu xəstəliklər özünü baş ağrısı kimi göstərir. Bunlar adətən xroniki gedişli olur. Bu zaman pasiyentlərin müayinəsi zamanı istər laborator analizlərdə, istər neuroradioloji görüntülərdə heç bir əlamət aşkar olunmur. Yəni bu xəstəliklərin dioqnozunda nə aparat müayinəsi, nə laborator analizlərin bir əhəmiyyəti yoxdur. Birincili baş ağrıların dioqnozu əsasən klinik qoyulur. Yəni pasiyentə ağrı ilə əlaqədar müxtəlif suallar verilir. Ağrının neçə müddətdi yaranmağı, nə qədər çəkməsi, başın hansı hissəsində olması, hansı hallarda artması, azalması və s. ola bilir.
Bu suallarında cavablarına əsasən birincili baş ağrıları dioqnozu qoyulur. Hər bir xəstəliyində özünün dioqnostik kriteriyaları var. Yəni bu ağrılar müəyyən kriteriyaları ödəməlidir ki biz ona dioqnoz qoya bilək.
Baş ağrıları arasında ən çox rast gəldiyimiz gərginlik baş ağrısıdır. Bu zaman pasiyentlərimizdə əsasən başın gedişat hissələrində, alın hissəsində və ənsə hissəsində çox da güclü olmayan baş ağrıları olur. Bu bəzi hallarda epizodik halda ola bilər. Bununla demək ola bilər ki hər bir insan rastlaşır. Misal üçün yorğun olanda, yuxusuz olanda, bəzən əsəbi olanda baş verə bilir.

Bəzən yüngülvari baş ağrısı olur ki, buna epizodik gərginlik baş ağrısı deyilir. Bəzi insalarda orqanizmin müxtəlif səbəblərindən onurğa problemləri, görmə problemləri və yaxud orqanizmin bu xəstəliyə meyilli olması səbəbindən xroniki gərginlik baş ağrıları olur. Əsasən yorğun olanda, havanın dəyişməsi ilə əlaqədar, uzun müddət komputerin qarşısında işləyəndə və s. hallarda yarana bilir. Ən çox rast gəldiyimiz xəstəliklərdən biri miqren xəstəliyidir. Miqren daha çox qadınlarda rast gəlinir. Hər üç qadında birində miqren xəstəliyi demək olar ki var. Bu zaman ağrı daha şiddətli olur. Əsasən birtərəfli olur. Bəzən yerini dəyişə bilir. Bəzən bir tərəfdən başlıyıb başın digər tərəfinə də keçə bilir. Bəzi hallarda gözdə də ağrı hiss olunur. Əsasən başda zonquldayıcı ağrı yəni ürək ritminə bənzər ağrı olur. Ürək bulanma ilə də müşaiyət oluna bilər. Gözdə qızartı, şiş, gözdə sulanma ilə bəzi hallarda gözün qabağında aura dediyimiz işiqlar, rənglərə qarşı həsaslıq yarana bilir. Miqrenin bəzi nadir formaları var ki görmədə aura zamanı ciddi pozulmalar yarana bilər. Klaster baş ağrısı bu daha çox kişilərdə yaranır. Bu miqrenə biraz bənzəyir lakin davametmə müddətinə görə fərqlənir. Maksimum ağrı 15 dəqiqə, yarım saata kimi olur. Ağrı həmişə eyni tərəfdə olur. Göz və gözətrafı, burunda su axma ilə, burunun tutulması ilə müşayiət olunur. Bu ağrılar bir gündə bir neçə dəfə olur. 5-10 gün müddətdə davam edir".

Müəllif: Samirə Hüseynova