...Bala cəmi bir neçə dəqiqə yaşayıb və ağır tənəffüs problemi səbəbindən ölüb.
SİA-nın məlumatına görə, elm nəsli kəsilmiş heyvan növlərini canlandırmaq iddialı məqsədə doğru səy göstərməyə davam edir.
Bu günə qədər nəsli kəsilmiş bir canlının klonlaşdırılması üçün yeganə uğurlu cəhd Pireney dağ keçisi, bukardonun yaradılması olmuşdur, baxmayaraq ki, bu nailiyyət qısamüddətli olmuşdur.
Dolli qoyununun klonlaşdırılmasının tarixi uğurundan sonra Fransa və İspaniyadan olan bir qrup alim 21-ci əsrin əvvəllərində insan səhvi nəticəsində yer üzündən yoxa çıxan bukardonun populyasiyasını bərpa etmək üçün oxşar üsuldan istifadə etmək qərarına gəlib.
Tədqiqatçılar növün 1999-cu ildə ölmüş sonuncu nümayəndəsinin biomaterialından istifadə ediblər. Təcrübə zamanı əldə edilən 439 embriondan 208-i qohum növlərdən olan dişilərin bətnlərinə köçürülüb.
Bu hamiləliklərdən yalnız biri klonlaşdırılmış keçinin doğulması ilə nəticələnib.
...Və təəssüf ki, körpə tənəffüs sistemində ciddi problemlər olduğundan cəmi bir neçə dəqiqə yaşadı. Təcrübə uzunmüddətli uğur qazanmasa da, elmi ictimaiyyətdə nəsli kəsilmiş növlərin, xüsusən də insanlar tərəfindən məhv edilmiş növlərin klonlaşdırılmasının mümkünlüyünə inam yaradıb.
Nazlı Almuradova