Məktəblilər şirin pambıqdan zəhərlənib

14 Mart 2025 12:24 (UTC+04:00)

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib. SİA-nın məlumatına görə, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.