Azərbaycanda publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Xatırladaq ki, publik hüquqi şəxslərin yaradılması və fəaliyət göstərməsi “Publik hüquqi şəxslər haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezidentin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Əsasnaməsi”nə uyğun təmin edilir. Bununla yanaşı, publik hüquqi şəxslərin bütövlükdə, eləcə də onların maliyə-təsərrüfatı fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına və hüquqi şəxslərin nizamnamələrinə uyğun tənzimlənir.