"Aİ-nin əlində böyük imkanlar var, amma bundan istifadə etmir" -

14 Mart 2025 11:58 (UTC+04:00)

Bu gün "Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi" adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, Avropa İttifaqı çox böyük güclərə malik olan bir təşkilatdır, amma bundan istifadə etmir: "Buna nümunə olaraq 1995-ci ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini deyə bilərəm. Bütün bunların yaşanan bir zamanda Aİ-nin sadəcə edə biləcəyi həll yolu Minks Qrupu oldu. Amma üzərindən 30 il keçməsinə rəğmən ondan bir səs çıxmadı. Azərbaycan da haqlı olaraq öz mövqeyini bildirdi".

Onun sözlərinə görə, Aİ-nin İnsan Haqları Məhkəməsi var: "Onlar bu kimi problemləri həll etməyi bacarmalıdırlar".