XVI turun proqramı bəlli olub

14 Mart 2025 12:07 (UTC+04:00)

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında XVI turun proqramı bəlli olub. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qadınların yarışında oyunlar martın 18-də təşkil olunacaq. UNEC - “Murov Az Terminal” və “Abşeron” - “Gəncə” matçları saat 16:00-da start götürəcək. Saat 18:00-da isə "Azərreyl" - “Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq. Birinci görüş UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Kişilərin mübarizəsində isə oyunlar martın 19-da keçiriləcək. “Xilasedici” - “Gənclər” matçı saat 16:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında başlayacaq.

Eyni saatdakı MOİK - "Murov Az Terminal" və 18:00-da start götürəcək "Azərreyl" - "Neftçi" görüşləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.