Səyyar vergi yoxlamaları ilə 530 milyon manat əlavə vəsait hesablanıb

14 Mart 2025 11:42 (UTC+04:00)

2024-cü ildə Azərbaycanda 393 səyyar vergi yoxlaması açılıb və 384 səyyar vergi yoxlaması başa çatdırılıb, bununla əlaqədar hesablanmış əlavə vəsait 530,7 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,7 %, 28,5 % və 2 % azdır.

Hesabat dövründə başa çatmış səyyar vergi yoxlamaları ilə əhatə olunanların 97,7 %-də vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Hesablanmış əlavə vəsaitin 363,3 milyon manatı və yaxud 68,5 %-i əlavə hesablanmış vergi, 167,4 milyon manatı və yaxud 31,5 %-i vergnin azaldılmasına, eləcə də digər hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyaları olub.

Səyyar vergi yoxlamaları zamanı ümumilikdə əlavə hesablanmış vəısaitin 420,2 milyon manatı və ya 79 %-i növbəti yoxlamalar, 110,5 milyon manatı və ya 21 %-i isə növbədənkənar yoxlamalar üzrə olub.

Ötən il bir yoxlamaya düşən hesablanmış əlavə vəsaitin məbləği əvvəlki ilə nisbətən 37 % artaraq 1 382 manat olub.