"Azərbaycanda bank faizlərinin yüksək olmasının bir neçə səbəbi var. Yəni faizlərin yüksək olması tək səbəbdən ibarət deyil. Mərkəzi Bankın uçot dərəcəsi kifayət qədər böyük və yüksək səviyyədədir. İkinci səbəb isə Azərbaycanda depozitlərin faizlərinin də yüksək olması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, indi banklar 11- 12 %-lə əhalidən depozit götürür və daha ucuz kredit vermək mümkün deyil. Üçüncü məsələ isə rəqabətli mühit zəifdir. Azərbaycanda başqa ölkələrdə olduğu kimi birbaşa beynəlxalq səviyyəli banklarında iştirakını təmin etmək lazımdır ki, ölkədə rəqabətli bir mühit yaransın: "Əgər rəqabətli mühit yaranarsa o zaman banklarda faiz dərəcəsinin aşağı düşmə ehtimalı da yüksək ola bilər. Digər bir məsələ isə Azərbaycanda inflyasiya səviyyəsinin bir çox hallarda yüksək olmasıdır. İnflyasiya, malların və xidmətlərin qiymətinin artması ilə əlaqəlidir və bu zaman mərkəzi banklar faizləri yüksəldir ki, pul təklifi azalsın və inflyasiya ilə mübarizə aparılsın. Azərbaycanda inflyasiya təzyiqləri dövrənizdə daha yüksək olduğu üçün, banklar müştərilərdən daha yüksək faizlər tələb edirlər. Bundan əlavə olaraq Azərbaycanın iqtisadiyyatında neft və qaz gəlirləri önəmli rol oynayır və bu manatın dəyərinə təsir edə bilir.
Mərkəzi Bankın manatı sabitləşdirmək üçün müəyyən mexanizmlər tətbiq etməsi, valyuta risklərini azaltmağa çalışması təbii olaraq yüksək faizlərə yol açır. Xarici valyutaya tələbin artması da faizlərin yüksəlməsinə səbəb olur. Faizlərin yüksək olmasının digər bir səbəbi də bankların risk səviyyəsinin yüksək olmasıdır. Azərbaycanda banklar borcalanlara qarşı daha yüksək risk dəyərləndirməsi tətbiq edirlər. Çünki borcluların ödəmə qabiliyyəti bəzi hallarda zəif ola bilər və banklar bu riskləri öz xeyrinə balanslaşdırmaq üçün faiz dərəcələrini yüksək saxlayırlar".