10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

14 Mart 2025 11:23 (UTC+04:00)

Ağstafa şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində 10 nəfərin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 10 nəfərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

Araşdırma davam etdirilir