"Yüksəliş" müsabiqəsinin 5-ci mövsümünə start verilib

14 Mart 2025 11:23 (UTC+04:00)

Ölkəmizdə intellektual səviyyəsi və idarəetmə bacarığı ilə seçilən istedadların peşəkar inkişafını dəstəkləyən "Yüksəliş" müsabiqəsinin 5-ci mövsümü start götürüb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu platforma hər bir iştirakçıya qabaqcıl səriştələr qazanmaq və yeni karyera hədəflərinə doğru addımlamaq fürsəti təqdim edir.

“Hər birinizi "Yüksəliş" müsabiqəsində fəal iştiraka dəvət edir və uğurlar arzulayırıq”, - deyə nazir bildirib.