2024-cü ildə Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 %-i və yaxud 14,6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
"Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühü