Bu ilin yanvar-fevral aylarında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata əsasən, ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.