Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək

14 Mart 2025 11:07 (UTC+04:00)

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi daxil edilib.

İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir.