Abşeronda 67 yaşlı qadın dəm qazından boğulub

14 Mart 2025 09:50 (UTC+04:00)

Abşeronda 67 yaşlı qadın dəm qazından boğulub. SİA xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Bənövşə İbrahimova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.