Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

14 Mart 2025 09:35 (UTC+04:00)

Bu gün Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir. SİA xəbər verir ki, konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının gündəmə gətirilərək müzakirəsi məqsədini daşıyır.