Messi və Suares qol vurdu, "İnter Mayami" mərhələ adladı

14 Mart 2025 09:10 (UTC+04:00)

“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda növbəti oyununa çıxıb. SİA xəbər verir ki, ABŞ təmsilçisi Yamaykanın “Kavalyer” klubu ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 2:0.

Komandanın qollarını Luis Suares (37) və Lionel Messi (90+2) vurub. Mayami klubu ilk oyunda da eyni hesabla qalib gəlmişdi.

“İnter Mayami” 1/4 finalda ABŞ-nin digər təmsilçisi “Los Anceles”lə qarşılaşacaq.