Ukrayna Prezidenti Volodimir Zelenski Xmelnitski AES-in tikintisini başa çatdırmaq üçün Bolqarıstandan Rusiya reaktorlarının alınması haqqında fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün "Teleqram" kanalında bildirib.
Deputat özü də Ukraynanın total de-rusizasiyası ilə əlaqədar bu təşəbbüsü dəstəkləməyib. O, sövdələşmənin 1 milyard dollar dəyərində olacağını da bildirib.
Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko qeyd edib ki, Ukraynaya Xmelnitski Atom Elektrik Stansiyasının tikintisini başa çatdırmaq üçün təxminən 4 milyard dollar lazımdır. Bu ay Bolqarıstan tərəfinin avadanlığın satışı ilə bağlı qəbul etdiyi qərarın qüvvədə olma müddəti başa çatır. Sofiya onu uzatmağı planlaşdırmırdı.
Qaluşenko qeyd edib ki, iki enerji blokunun tamamlanması qalıb. Üçüncünün 80%, dördüncünün isə 30% hazır olduğu təxmin edilir. Stansiya istifadəyə verilərsə, Avropada ən böyük stansiya olacaq. Onun sözlərinə görə, tikinti dörd il ərzində başa çatdırıla bilər.