Final tarixi dəyişdi

14 Mart 2025 01:40 (UTC+04:00)

"Star TV”nin məşhur seriallarından olan “Yalı çapkını” serialının final tarixi dəyişdirilib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, serial aprelin 4-də, 101-ci bölümü ilə bitəcək. Daha öncə isə serialın 100-cü bölümü ilə final edəcəyi bildirilirdi.

Qeyd edək ki, artıq 3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.