Ağstafada 8 nəfər dönərdən zəhərlənib

13 Mart 2025 21:40 (UTC+04:00)

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

SİA xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.