"Həkəri Qubadlı" komandasına texniki məğlubiyyət verilib

13 Mart 2025 13:19 (UTC+04:00)

AFFA U-13 Liqasında çıxış edən "Həkəri Qubadlı" komandasına texniki məğlubiyyət (0:3) verilib. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Buna "Sunami" ilə oyunun "Həkəri Qubadlı"nın heyətində yetərsay olmadığına görə baş tutmaması səbəb olub.