“Ermənistanın ərazi iddiaları hələ də davam edir” - HİKMƏT HACIYEV

13 Mart 2025 12:55 (UTC+04:00)

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətninin müəllifi və təşəbbüskarı Azərbaycan Respublikasıdır”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən XII Bakı Qlobal Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi insanlıq əleyhinə cinayətlər və əməllər yaddan çıxası faktlar deyil: “Bunlar ümumi konteksdən nəzərdən keçirilməlidir. Prezident İlham Əliyevin bugünkü çıxışında qeyd etdiyi kimi, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları hələ də davam etməkdədir. Ermənistanın konstitusiyasında dəyişilməli olan məqamlar vardır ki, bu da regionda davamlı sülhün əsasını təmin etməlidir. Dövlətlərarası münasibətlərdə münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi brinci hal deyil".