“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Bakı Qlobal Forumu keçirilir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “12-ci Bakı Qlobal Forumun”da jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, bu ilki Forum qlobal nizamın formalaşması məsələsinə həsr olunub: “Forum çərçivəsində 350-dən artıq müxtəlif nümayəndələr iştirak edirlər. Onların siyahısında diplomatlar, siyasi xadimlər və beynəlxalq təşkilatların rəhbərləri və s. iştirak edirlər. Bugünkü konfransın gündəliyinin qlobal düzənə həsr olunması təsadüfi deyil. Bu gün dünya miqyasında müzakirə olunan məsələlərdən biri yeni dünya düzəni və burada dövlətlərarası münasibətlərin hansı formada təşəkkül tapması başlıca məsələdir. Ona görə də forum çərçivəsində beynəlxalq münasibətlər və burada təşkilatların rolu, regional rollar, dövlətlərin üzərinə düşən məsuliyyətlərdən də danışılacaq. Azərbaycan Respublikası da beynəlxalq düzənlə aparılan müzakirələrdə regional prinsiplərdən çıxış edərək orta güc adlandırılan beynəlxalq konsepsiyadan çıxış edərək müzakirələrdə fəallıq nümayiş etdirir. Bu xüsusda Azərbaycan Cənubi Qafqazda yeni realıqların yaradılmasında öz mövqeyini ortaya qoymuşdur. Bu gün cənab Prezident İlham Əliyev tədbirin açılış mərasimində genişxarakterli çıxış etdi. Həmçinin dövlət başçısı COP-29 və ondan irəli gələn məsələlərdə Azərbaycanın liderliyi, bununla əlaqədar müxtəlif dezinformasiyalar kompaniyaları, eyni zamanda regionda yeni statusun formalaşması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb”.