Bu ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 859 min 13 nəfər olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 457 min 367 nəfər aylıq sosial müavinət, 401 min 646 nəfər isə təqaüd alıb.