İqtisadiyyat nazirinin birinci müavininin vətəndaşlarla görüşü təxirə salınıb

13 Mart 2025 12:34 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin martın 14-də Gəncədə keçirilməsi nəzərdə tutulan vətəndaş görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.