Santuş legioner limitinin ləğvinə münasibət bildirdi

13 Mart 2025 12:27 (UTC+04:00)

Millimizin baş məşqçisi Fernandu Santuş Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib. SİA xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında limitlə bağlı sualı cavablandırıb:

"Təkcə legioner limiti ləğv olunmayıb, həm də komanda sayı artırılıb. Bunun nə qədər faydalı olacağını görmək üçün zaman lazımdır. Nəticəni qarşıdakı aylarda görəcəyik".

Xatırladaq ki, Misli Premyer Liqasında 2025/26 mövsümündən legioner limiti tətbiq olunmayacaq.