Binəqədi və Sabunçuda 14 kiloqram narkotik vasitə aşkarlanıb

13 Mart 2025 12:14 (UTC+04:00)

Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.

Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər - R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar. Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.