Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil - Jelka Tsviyanoviç

13 Mart 2025 11:32 (UTC+04:00)

Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil. SİA xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bosniya və Herseqovinanın inkişafı xarici müdaxilədən yox, yalnız daxili dialoq və ünsiyyətdən keçir:

"Bu gün yeni dünya düzəni barədə danışarkən Bosniya və Herseqovina bir müstəmləkə kimi görünür. Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkəyə deyil, öz xalqına məxsusdur. Xarici qüvvələrin yanlış addımları beynəlxalq ictimaiyyətdən gizlədilir. Ancaq bura bizim ölkəmizdir və onun inkişafının yeganə yolu da daxildəki vətəndaşlar arasında dil tapmaqdır”.