Emin Mahmudov və Abbas Hüseynov zədəli olduqları üçün yığmaya dəvət almayıblar

13 Mart 2025 11:24 (UTC+04:00)

Emin Mahmudov və Abbas Hüseynov zədəli olduqları üçün yığmaya dəvət almayıblar. SİA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bəzi oyunçuların isə fiziki cəhətdən hazır olmadığından heyətdə yer almadıqlarını söyləyib.

O, Misli Premyer Liqasında legioner limitinin ləğvi ilə bağlı qısa danışıb:

"Bundan əlavə, çempionatda komanda sayı da artırılıb. Bunun təsirini qarşıdakı mövsümdə görəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.