Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik - Şimali Makedoniya Prezidenti

13 Mart 2025 11:23 (UTC+04:00)

Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər. SİA xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

Şimali Makedoniya Prezidenti qonaqpərvərliyə görə Azərbaycana, forumda iştirak etmək üçün dəvətə görə isə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.