"Çox ağır bir mövsüm keçdi". Bunu SİA-ya “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə deyib.
O, Azərbaycan çempionatının finalında "Zirə" (2:0) ilə keçirdikləri oyunu şərh edib.
Xəlilzadənin sözlərinə görə, mövsümün sonunda istəklərinə nail olublar: "Qarşımıza məqsəd qoymuşduq ki, çempion olacağıq. Bu il üzərimizdə böyük məsuliyyət var idi. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirərək bu nəticəyə nail olduq. Əziyyətimiz yerdə qalmadı. Daha öncədən çempion olacağımıza ümid edirik. Çünki daim motivasiyamız var. Öz potensialımıza, komandamıza, gücümüzə bələd idik. Komandamızdakı uşaqların nəyə qadir olduğunu bilirdik. Daim öz formumuzda olsaq bizim kimi komanda ilə mübarizə aparmaq çətindir. Avropada da biz öz gücümüzü göstərdik. Sevindirici haldır ki, hər şey istədiyimiz kimi oldu".
O, qarşıdakı planlarındanm söhbət açıb: İstirahət etməyə vaxtımız yoxdur. Qarşıdakı planlarımız dünya çempionatında hazırlıq məqsədi daşıyır. Bütün fikrimizi dünya çempionata kökləyib, ölkəmizi təmsil edəcəyik. Böyük məsuliyyətimiz var. Yarışa ev sahibliyi etdiyimiz üçün həm iki qat motivasiyalı və məsuliyyətliyik. Doğma azarkeşlərin qarşısında, doğma meydan da çıxış etmək asan məsələ deyil".
Qeyd edək ki, 2024/2025 mövsümündə "Birbaşa Bakı" ölkə çempionu adını qazanıb.