Portuqaliyalı futbolçu Luiş Nani Bakıya gəlib

12 Mart 2025 19:34 (UTC+04:00)

Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.

SİA xəbər verir ki, veteran oyunçu minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün qonaq qismində Azərbaycana dəvət olunub.

“Salam, Bakı. Bu möhtəşəm yarışın bir parçası olmaq çox gözəldir. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Hamıya uğurlar!”, - deyə Nani əlavə edib.