“Neftçi”nin futbolçusu milli komandaya dəvət alıb

12 Mart 2025 18:40 (UTC+04:00)

“Neftçi”nin futbolçusu Ervin Kuç Monteneqro milli komandasına dəvət alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.