Britaniya sahillərində tankerə çırpılan gəminin kapitanı rus imiş..?

12 Mart 2025 18:15 (UTC+04:00)

Şimal dənizi sahillərində gəminin qəzaya uğraması nəticəsində ekipaj üzvünün ölümündən bir gün sonra Böyük Britaniyanın Qrimsbi şəhərində 59 yaşlı rusiyalı adam öldürməkdə şübhəli bilinərək həbs edilib.

SİA-nın məlumatına görə, bu barədə BILD xəbər verir.

Hamburq gəmiçilik şirkəti Ernst Russ-un məlumatına görə, sözügedən şəxs “Solong” yük gəmisinin kapitanıdır.

...59 yaşlı kişi davam edən araşdırmalara görə həbsdədir.

Biz insidentin dəqiq şəraitini müəyyən etmək üçün bütün iştirakçılarla danışmağa davam edirik.

BBC bunu baş nəzarətçi Kreyq Nikolsondan sitat gətirib.

...Bazar ertəsi Hollandiyanın "Solong" yük gəmisi Rotterdama gedərkən aviasiya yanacağı ilə yüklənmiş lövbərlənmiş Stena Immaculate tankerinə çırpılıb.

Hər iki gəmi alovlanıb.

BBC-nin məlumatına görə, yanacaq Amerika hərbçiləri üçün nəzərdə tutulubmuş. Toqquşma nəticəsində bir nəfər ölüb. Britaniya rəsmiləri onun kimliyini hələ açıqlamasa da, hadisə ilə bağlı qohumlarının artıq xəbərdar edildiyini bildirib.

...Mütəxəssislər hələ də yanan "Solong" gəmisinin Şimal dənizində batacağından qorxurlar. Britaniya Gəmiçilik Palatasının rəhbəri Piter Aylotun sözlərinə görə, hazırda əsas vəzifə gəmidəki yanğını nəzarət altına almaqdır. Lakin, hələlik bu, çox təhlükəlidir və işçilər əlavə tədbirlər görmək üçün gəmiyə qalxa bilmirlər.

Əli Babayev