Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib. Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.
Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.